• 20 Sentyabr 2021

3 min müəllim təkrar imtahan verəcək

12:45 29/07/21 | Təhsil

"Test tapşırıqlarının çətinlik dərəcəsindən narazı qalan 3000 nəfərə yaxın müəllim olmaq istəyən namizəd təkrar imtahanda iştirak üçün müraciət edib”. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, hazırda 35 min nəfərə yaxın müəllim olmaq istəyən namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edib.

Qeyd edək ki, iyulun 12-də keçirilən ibtidai sinif, 23 və 26 iyulda keçirilən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?