• 20 Sentyabr 2021

“Təqdim olunan suallar proqrama uyğundur”: Mərkəz rəhbəri imtahana düşən sualların çətinləşdirilməsi məsələsinə aydınlıq gətirib

13:39 29/07/21 | Təhsil

“Müəllim olmaq istəyən namizədlərin bildirdiyinə görə, suallar çətinləşdirilib. Burada məsələ çətinləşdirmə ilə bağlı deyil, əsas məqam müəllimlərin dünya standartlarına yaxınlaşmasıdır”. Bunu Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva deyib. 

Onun sözlərinə görə, beş il əvvəl bu nəticəni əldə etmək mümkün deyildi: “Təhsillə bağlı illərlə aparılan təhlillər əsasında məktəbə hansı müəllimlərin lazım olması qənaətinə gəlinir. Analoji hadisə 5 il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da yaşanmışdı. Şagirdlər kurikulum əsasında verilən imtahanlarda çətinliklə üzləşmişdilər”.

O qeyd edib ki, test tapşırıqlarında sualların qərəzli və ya proqrama uyğun olmasının araşdırılması üçün mütəxəssislər cəlb olunub: “Təqdim olunan suallar proqrama uyğundur”.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?