• 20 Sentyabr 2021

AZAL-ın biletinin üstündə satılan vicdan

10:40 29/07/21 | Gündəm

Bir gün bir nəfər yaxın dostu gəlir, nəinki Naxçıvanda, hətta bir neçə ölkələrdə məhşur olan zurna ustası Kamal ustanın yanına və deyir:

- Ay Kamal təcili rayona getmək lazımdır.

Kamal ustada qayıdır ki, - Bilirsən da qağa toy zad olmadığından yaman kasıbçılıqdır. Evdə də arvad maşının sayğacına möhkəm nəzarət edir. Başqası olsaydı 15 manatdan aşağı getməzdim. Ta sənsən da həm qohumumsan, həm də dostum. 10 manat ver aparım.

Qohum olan dost, deyir:

- Kamal, ay dost, bə pulum olmadığından saa dedim da bə. Onda 5 litr benzin alım gedək.

Kamal usta bir yağı benzindən çox yandıran, təkərləri "vot-votda" olan maşınına baxır, bir dirəşən qohum dostuna və deyir:

- 5 litrnən rayona gedə biləcəksənsə, ta mənim üstümə nəyə gəlibsən. Min 5 litrlik benzin konistrinin üstünə get də rayona…

Hə əziz oxucular, bizim bu AZAL aviaşirkətinə baxanda, Kamal ustanın sözü-söhbəti düşür adamın yadına. A kişilər, görəsən bizim aviaşirkətdən baha olan ikiminci biri var, bu dünyada? Yox əşi, qətiyyən ola bilməz. Kamal usta hirsindən demişdisədə «min benzin konistrinin üstünə get işinin dalısıyca», mən isə ciddi və qətiyyətlə deyirəm, biz AZAL-a bilet üçün verdiyimiz pulları yerə sərib, sehirli xalça kimi üstünə minsək, çox rahat və qeyrü-qalsız mənzil başına vararıq. Pulda da olan qüdrəti bilirsiniz də, adamı dir-dir dingildədir və uçurdur. AZAL-ın rəhbərlərində olduğu kimi.

Belə bəla baha biletlədə bitmir ey, bahanın bahasıda var hələ. Deyək ki, anidən çox vacib səfər etməli olursan. Yaxınlaşırsan AZAL-ın aviakassalarına, yaxınlaşmağına peşman olursan. 20 gün əvvəlin biletləri satılıb. Di sarılırsan balansı sıfıra yaxınlaşan telefona. Ona zəng, buna "vızıv", tapırsan bir day-day, day-day da tapır sənə bilet ancaq, 100 manatlıq bileti 150-200 manata. Bizim kəndli Zöhrab deməli, di buyur; Bə deyirdin bilet yoxdur, kassir bajı?

Hörmətli AZAL sizdən bir təvəqqem var. Bileti necə satırsınız satın, ancaq biletin üstündə vicdanınızı da satmayın.

Ədib İSAOĞLU

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?