• 20 Sentyabr 2021

Əhədin Vətən sevgisi Uca Tanrıdan gəlirdi

14:18 29/07/21 | Digər

Ötən ilin 27 sentyabrında Vətən igid övladlarını onu qorumağa çağıranda Astara rayonu, Motlayataq kəndindən olan Əhəd Bilal oğlu Ağayev birincilər sırasında yola düşür. Bu da ondan irəli gəlirdi ki, astaralı balası müstəqil həyata qədəm qoyan gündən saf, ülvi məqsədlərə tapınmaqla bütün varlığı ilə doğma Azərbaycana, millətinə bağlanır. Elə ömrünün mənasını da taleyini xalqın taleyinə bağlamaqla xoşbəxt gələcək naminə çalışmaqda görür. Dünyanın gözəl işlərinə, nəcib, xeyirxah əməllərə can atır, tez də el-obada əsl övlad məhəbbəti ilə sevilir, insanlar arasında hörməti əziz tutulur.

Fəqət, Əhədin qəlbində çağlayan arzular namərd erməni tapdağında olan Vətən torpaqlarının azadlığına söykənirdi. O, 2005-ci ildə Milli Ordu sıralarına yola düşəndə içdiyi andda məhz məqamı gələn kimi yağıdan işğal edilmış hər qarış torpağın qisasını almaq olur.

Əhəd xalqına, Vətəninə sevgi dolu ürəklə cəbhə bölgəsində müdriklər beşiyi, dahilər diyarı Azərbaycanın keşiyində durur. Vətəni üçün hər an canından keçməyə hazır olan əsgər nümunəvi xidməti ilə hərbi hissədə yaxşı ad qazanır. Əsgər yoldaşları, komandirləri onun mərdliyinə, vətənpərvərliyinə heyran qalırlar.

Qəlbi Vətən eşqi ilə çırpınan Əhəd xidməti başa vurub, üzüağ qürurunu uca tutduğu yurd yerinə - doğma kəndinə qayıdır. Kəndinin inkişafına, el-obasının səadəti naminə dinc əməyə çiyin verir. Hansı işə qol qoyursa, halalıq, düzlük, sevgi ona dayaq olur. İnsanlara fayda verən əməlləri yaxşılıq nuruna dönüb evlərə səadət, xoşbəxtlik gətirir. Azərbaycanın hər qarışını dərin məhəbbətlə sevən, Vətənin tərəqqisinə qurub-yaratmaqdan zövq alan Əhədi Qarabağın taleyi rahat buraxmır. Odur ki, 27 sentyabrda başlanan haqq savaşımıza Vətənin qeyrətli oğullarına könüllü qoşulur. Əlinə silah alıb Füzuli, Cəbrayıl istiqamətində torpaq uğrunda gedən döyüşə girir. Və hər iki rayonun mənfur düşməndən azad edilməsində rəşadət göstərir. Noyabrın 1-də Xocavənd müharibəsində Vətəni üçün canından keçir. Bu, hünər onu böyük bir xalqın şərəf yerinə çevirir. Ömür yolu 34 il çəksə də, öz xalqına bəxş etdiyi zəfər əbədi qalır. Və həm də layiq görüldüyü “Vətən uğrunda”, “Xocavəndin azad olnmasına görə” medalları öz ölkəsinə, dövlətinə sədaqətin etibarlı nümunəsidir.

Zəfər ORUCOĞLU

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?