• 20 Sentyabr 2021

Fətvalı namaz

14:45 29/07/21 | Digər

Ədib İSAOĞLU

 

Meşənin şahı olan aslan, səfərə çıxmalı olur. Aslan səfərdən əvvəl, onu əvəz edəcək birini yerinə təyin etmək üçün bütün heyvanları yığır iclasa. Yerinə kimi qoysun, kimi qoymasın deyə hər kəsi diqqətlə süzərək düşünür. "Fili qoysam önünə keçəni əzər, qurdu qoysam bütün heyvanları parçalayar, tülkünü qoysam hiyləylə hakimiyyəti tamamilə əlimdən çıxarar, ən yaxşısı dovşanı öz yerimə təyin edim".

Aslan bütün meşə heyvanlarına və iclas iştirakçılarına öz qərarını bəyan edir və dovşanı müvəqqəti olaraq meşənin şahı elan edir. Meşəni gəzməyə çıxan, dovşan vəzifəsindən sui-istifadə edərək acığı olan heyvanları ələ salıb qisas çıxmağa başlayır. Qarşısına çıxan tülkünü yanına çağırıb əlindəki kökü, kələmi tülkünün başına çırparaq təhqir etməyə başlayır. Qurdnan qarşılaşan dovşan ona belinə mindirib gəzdirməyi əmr edir. Bütün istəkləri yerinə yetən, get-gedə azğınlaşan dovşan, ayıyla qabaqlaşır. Ayını görən kimi başlayır onu şillələməyə. Nəyə düçar olduğunu başa düşməyən ayı özunə gələr-gəlməz yapışır dovşanın qulaqlarından, başlayır o ağaca, bu ağaca çırpmağa. Ayının əlindən qoruyucular tərəfindən qurtarılan dovşan, halsız və əzgin şəkildə zarıyaraq deyir:

- Ay ayı oğlu ayı, nə olar arada səndə şahın iclaslarına qatıl da…

Fikirləşirəm ki, görəsən bütün mollaların rəisi, iclaslara qatılmır qatılmasın, televiziyaya da baxmır baxmasın (çünki, onların insanları, din pərdəsi altında zəhərləməkdən və saxta siğədən başları açılmır, bizim axund kimi) bə bu boyda söz-söhbətidə eşitmədiki, İran 44 günlük müharibədə də, ondan əvvəldə,  sonrada erməni dayı uşaqlarına necə canı dildən həm maddi, həm mənəvi köməklik göstərdi? Bu fətva nəmənə olan şeydir görəsən, həmən şeyi bizə, silah sursatıda ermənilərə verdi. Bəlkəm elə bu fətva deyilən şey elə qarğışdır, axı İran bundan başqa bizə nə verə bilər?

Amma deyəsən bu fətva məsələsindən sonra kimsə bunu möhkəm dümsükləyib. Yadına düşüb ki, televiziya deyilən bir gavur icadı var 44 günlük müharibədə orda görsənib ulu millətə dəstək olmadım, indi çıxım həmən icad vasitəsilə özümü təmizliyə çıxardım. Keşkə çıxmaz olaydın rəis molla, çıxdın özünü daha da rüsvayi-cariz elədin. Yekə kişisən o nə sözdü deyibsən? "Mən heç vaxt heç kimin qucağında olmamışam. Din adamıyam nə İran, nə Türkiyənin adamı deyiləm". Ayıbdir eyy vallah. Deyəsən sənində vaxtın çatıb ta. Ruhun şad olsun Əbülfəz Elçibəy, sən hələ o vaxtı, bunun Türk düşməni olduğunu demişdin axı, millətin çoxu olaraq inansaqda, bəziləri inanmadı. Buda nəticəsi. Durum gedim fətvalı bir namaz qılım və əlimi açım o kişinin dərgahına belə bir dua edim. Ey Ulu Tanrı vətən xainlərini bizə çox gör…

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?