• 20 Sentyabr 2021

Təhsil kreditindən qiyabi oxuyanlar yararlana bilməyəcək

16:17 29/07/21 | Təhsil

Ekspert: «Təhsil krediti üçün müəyyən edilən qaydalarda
çatışmayan tərəflər kifayət qədərdir»

Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri hesabına tələbə kreditlərinin verilməsi Qaydasında nəzərdə tutulan tələb və güzəştlər açıqlandı. Bu barədə danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüf ki, qiyabi oxuyanlar ondan yararlana bilməyəcək: "Bu yanlışdır. Hər dəfə hansısa bir qurum yarananda ona böyük ümidlə baxırıq. Təhsil Tələbə Kredit Fondu yarananda da düşündük ki, bütün tələbələr ondan yararlanacaq. Amma bu heç də belə deyil. Kredit iki hissədən, sosial paket və ümumi paketdən ibarətdir. Fərq ondadır ki, valideynləri işləməyən, valideyndən birini itirən, özü üçüncü qrup əlil olan tələbələr sosial paketdən faydalanacaqlar. Hansı ki, tələbə krediti digərində 4 faizdən verildiyi halda, sosial paketdə iki faizdən veriləcək. Təhsili başa vuranlar 10 il ərzində onu geri qaytaracaq. Bunlar müsbət addımlardır”. 

Ancaq ekspertin fikrincə, müəyyən edilən qaydalarda çatışmayan tərəflər kifayət qədərdir: «Atılan addım ancaq əyani tələbələrə şamil edilir, qiyabi oxuyanlar ondan istifadə edə bilməyəcək.  Ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan hesablanacaq. Bu rəqabət yaradacaq. Amma müəyyən qədər ədalətli deyil. Ehtiyacı olsa da, obyektiv, subyektiv səbəblərdən orta göstəricisi aşağı olanlar prosesdən yararlana bilməyəcək».

K.Əsədov bildirib ki, veriləcək kreditin məbləği məsələsi də ehtiyacı tam ödəməyə imkan verməyəcək: «Məsələn, təhsil haqqı 5 min manat olsa da, Fondun Himayəçilər Şurası 3 min manatadək kredit verəcək. Yerdə qalan hissəni isə tələbə özü ödəyəcək. Paketdə qeyd olunur ki, müraciət edən tələbənin təhsil haqqının 20 faizi onun özü tərəfindən ödənilməlidir. Bu faizi daha aşağı etməliyik. Geri qaytarmada güzəşt görmədim. Təhsil aldığı müddətdə beynəlxalq yarış və olimpiadaların qaliblərinə krediti bağışlamaq daha yaxşı olardı. Düşünürdüm ki, Fond tək təhsil haqqını deyil, tələbənin yaşayış və kirayə xərclərini də ödəyəcək. Bu da baş vermədi. Hər halda yaxşı addımdır. 80 milyon manatlıq vəsait 42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək”.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?