• 22 Oktyabr 2021

Elməddinin serialının yayımı niyə dayandırılıb?

19:42 27/08/21 | Mədəniyyət

Aktyor Elməddin Cəfərovun ATV-də yayımlanan "Ailəmiz" serialının yayımı dayandırılıb. Bu haqda axşam.az-a açıqlamasında sənətçi özü deyib. O bildirib ki, yeni mövsümdə ancaq "Qız atası" serialı efirə gedəcək:

"Ailəmiz" serialını dayandırdıq. Maddi sıxıntılarımız yarandı. Pandemiya bizə də təsir etdi. Maddiyat da olmayanda işləmək həvəsi olmur. Effekt almaq olmur. Maliyyə nə vaxt düzəlsə, yeni layihələrə başlayacam. Amma hələ belə bir plan yoxdur. Deyirlər qapanma gözlənilir. Buna görə də gözləyirik".

Qeyd edək ki, Elməddinin bundan əvvəl ATV-də "Bacanaqlar", "Qardaşlar" kimi serialları yayımlanırdı.

"Ailəmiz" serialında Elməddinlə yanaşı Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Məcid Hüseynov, Gültac Əlili və başqaları rol alıblar.

Koronavirusun yeni mutasiyaları daha yoluxdurucudur



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?