• 20 Sentyabr 2021

İnfeksionist: Payızda hibrid yoluxmalar artacaq

12:18 14/09/21 | Sosial

Payız fəslinin yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərinin yayılmasının koronavirusa yoluxma statistikasında sıçrayışa səbəb olacağı ilə bağlı iddialar səsləndirilir. Eyni zamanda bu halda xəstəliyin daha ağır keçməsi iddia olunur.

Maraqlıdır, bütün bu iddia və narahatlıqlar reallığa əsaslanırmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli koronavirusun da digər mövsümi xəstəliklər kimi geniş şəkildə yayıla biləcəyini deyib: "Vaksin koronavirusa qarşı spesifik immunitet yaradır, amma bu immunitet digər infeksion xəstəliklərə qarşı yaranmır. Qarşıdan payız fəsli gəlir, bu səbəbdən mövsümi infeksion xəstəliklərin artacağı təbiidir. Hazırda bütün dünya üzrə proqnozlar belədir ki, COVID-19 da özünü digər mövsümü infeksion xəstəliklər kimi aparacaq və yoluxmada artım olacaq".

İnfeksionist həm qrip, həm də koronavirusa yoluxmuş şəxsin vəziyyətinin ağır ola biləcəyini diqqətə çatdırıb: "Bu mərhələdə çətin məsələ ondan ibarətdir ki, eyni insanda bir neçə xəstəliklə bağlı epidemik vəziyyət yaransın. Məsələn, həm qripə, həm də koronavirusa yoluxan şəxsin müalicə proseduru ağır gedəcək. İndi gündəmdə olan əsas məsələ budur".

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?