• 20 Sentyabr 2021

YAP-da ciddi dəyişikliklərin əsası qoyulub

12:56 14/09/21 | Siyasət

"YAP hakim partiya olaraq ölkədə gedən islahatlar prosesində birbaşa iştirak edir. Elə bir sahə yoxdur ki, islahatlar onu əhatə etməsin. YAP bu islahatların episentrində olan siyasi qüvvədir”. Bu sözləri Sfera.az-a Milli Məclisin deputatı Elman Nəsirov Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi haqda danışarkən deyib.

E.Nəsirov YAP-da həyata keçirilən təyinatları yüksək qiymətləndirdiyini bildirib: "Bildiyiniz kimi, partiyada struktur dəyişiklikləri oldu. Yeni şöbələr yaradıldı. Partiyanın rəhbərliyinə müsbət reputasiyaya malik yeni şəxslər cəlb edilib. Ən başlıcası məsələn, əvvəllər rayon icra başçısının müavini olan şəxs həm də YAP-ın rayon təşkilatının sədri vəzifəsində işləyə bilirdi. Bu isə işin keyfiyyətinə müəyyən mənada təsir edirdi. Bu günpartiyada gənc, savadlı, bilikli, vətənpərvər, müasir texnologiyalarla işləməyi bacaran, xarici dilləri bilən, ən əsası, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almış şəxslər vəzifələrə gətirilir. Deyə bilərəm ki, partiya daxilində onlara böyük etimad göstərilir”.

Deputat YAP-da irəli çəkilən yeni kadrların vaxtilə özünü təsdiqləyə bilməyən şəxslərin səhvlərindən ibrət alacağını qeyd edib: "Partiyanın Nizamnaməsinə uyğun olaraq, ciddi dəyişikliklərin əsası qoyulub. Belə ki, bundan sonra rayon təşkilatlarının sədrləri yalnız bir vəzifə tuta bilərlər. Yəni, YAP-dan olan bir deputat rayon təşkilatının sədridirsə, o sədr vəzifəsindən getməlidir. Ona görə də, Bakı şəhəri üzrə rayon təşkilatlarının deputat sədrləri artıq həmin vəzifədən gediblər”.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?