• 20 Sentyabr 2021

Azərbaycan turizminin əsas problemləri

13:24 14/09/21 | İqtisadiyyat

"Turizm sahəsində yeniliklərə qiymət və xidmət siyasətini dəyişməkdən başlamaq lazımdır”. Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda turizmin inkişafı üçün hansı yeniliklərə ehtiyac olduğu barədə danışarkən Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov deyib:

"Azərbaycanda turizm sahəsində yeniliklərə ilk növbədə daxili turizmdən başlamaq lazımdır. Daxili turizm sahəsində ciddi problemlər var. Problemlər qiymət siyasəti və xidmət səviyyəsilə bağlıdır. Qiymət və xidmət səviyyəsini tənzimləmək üçün turizm qurumları mütləq şəkildə öz konsepsiyaları ilə çıxış etməlidirlər. Bu qurumlar öz fəaliyyətlərilə qiymət və xidmət siyasətinə təsir edə bilərlər. Daxili turizmi inkişaf etdirməklə həmçinin gələcəkdə ölkəyə gələn turistlərin sayının artımına da nail olmaq olar”.

Həmsöhbətimiz bu istiqamətdə xarici mütəxəssislərdən istifadəyə son qoymağı da təklif edir: "30 ilə yaxındır xarici mütəxəssis adı ilə dəvət olunanlar bu illər ərzində heç nəyə nail ola bilməyiblər. Xaricdən dəvət oluna turizm və otellər üzrə mütəxəssislər ötən müddətdə kadrların yüksək səviyyədə xidmət göstərməsini təşkil edə bilməyib. Ona görə də onlardan imtina edib, bacarıqlı yerli mütəxəssislərin potensialı və resurslarından yararlanmağın vaxtı çatıb. Bunun üçün də yerli mütəxəssislərə yüksək əmək haqqı verilməlidir ki, onlar iş dalınca xaricə axmasınlar”.

Qoz suyu 7 saata 1001 dərdi müalicə edir



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?