• 22 Oktyabr 2021

Özcan Dəniz hakim qarşısına çıxarılıb

20:52 16/09/21 | Mədəniyyət

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb.

1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib: "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyətə salmaq istəyir. Boşanmaq üçün mən müraciət etmişəm. Şiddət görən qadın olaraq o məhkəməyə müraciət etməyib".

Şahidlərin dinlənilməsi üçün məhkəmə başqa bir günə təyin olunub.

Qeyd edək ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.

Koronavirusun yeni mutasiyaları daha yoluxdurucudur



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?