• 22 Oktyabr 2021

Dəfnə yarpağı çayının əvəzsiz faydaları

23:36 18/09/21 | Maraqlı

Dəfnə yarpağı çayından yüzillərdir ki, müalicəvi məqsədlərlə istifadə edilir. Dəfnə yarpağının tərkibində dəmirin çox olduğuna görə ən çox dəmir defisit anemiyalarda istifadə edilir. Dəfnə yarpağının aşağıdakı faydaları var:
* A vitamini ilə zəngindir.
* Tərkibi dəmir, maqnezium və kalsiumla zəngindir.
* Tərləməni azaldır.
* Mədə ağrısını azaldır və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
* Antioksidantdır.
* Dəri xəstəliklərini sağaldır.
* Orqanizmdəki şişkinliyi azaldır.
* Müqaviməti artırır.
* Öskürəyi azaldır.
* İştah açır.
* Bağırsaqdakı qazları çıxardır.
* Dəfnə yarpağı yağı revmatizm və sümük ağrıları zamanı ağrıyan nahiyyəyə sürtdükdə ağrı azalır.
Dəfnə çayı hazırlamaq üçün 1 stəkan soyuq suya 3 dəfnə yarpağı qoyulur və qaynadılır. Su qaynayan kimi odun üzərindən götürülür və 3-4 dəqiqə dəmlənməsi gözlənilir. Və ya suyu qaynatdıqdan sonra dəfnə yarpaqları qaynar suya qoyulur, 8-10 dəqiqə dəmlənməsi gözlənilir. Çayın dadı sərt olarsa içərisinə bal əlavə eləmək olar.
100 qram dəfnə yarpağında olan vitamin və minerallar:
- 61,85 mq A vitamini
- 46,5 mq C vitamini
- 0,4 mq riboflovin
- 180 mq fol
- 43 mq dəmir
- 120 mq maqnezium
- 8,2 mq marqanes
- 834 mq kalsium
Dəfnə yarpağı çayından ən çox göz xəstəliklərində, qan azlığında, xolesterolun miqdarını azalmaq üçün və s.istifadə edilir.

COVID-19 öskürəyini fərqləndirməyin yolu



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?