• 22 Oktyabr 2021

Paytaxtda qabarıq sahəyə malik piyada zolağı yaradılıb

14:10 18/09/21 | İqtisadiyyat

Bakıda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.

Qeyd edək ki, layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.

Koronavirusun yeni mutasiyaları daha yoluxdurucudur



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?