• 22 Oktyabr 2021

Alimlər arıqlamağın sadə üsulunu tapıb

20:51 19/09/21 | Elm

Britaniyalı alimlər "90 dəqiqə" adlı sadə və effektli bir arıqlama üsulu hazırlayıblar.

Qeyd edilir ki, artıq çəkili insanlar bu qaydalara riayət edərək yeməkdə xüsusi məhdudiyyətlər və yorucu fiziki fəaliyyət olmadan arıqlaya bilərlər.

Belə ki, artıq çəkidən azad olmaq istəyənlərin həmişəkindən 90 dəqiqə gec səhər yeməyi, 90 dəqiqə tez axşam yeməyi yemələri tövsiyə olunur. Tədqiqatçıların fikrincə, bu qayda hər kəsə çox səy göstərmədən arıqlamağa kömək edəcək. 10 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, göstərilən qaydada yemək yeyənlər normal rejiminə əməl edənlərə nisbətən iki dəfə sürətli arıqlayıblar.

Eyni zamanda iştirakçılar yemək seçimində və miqdarında tamamilə sərbəst olublar.

COVID-19 öskürəyini fərqləndirməyin yolu



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?