• 22 Oktyabr 2021

Mütəxəssis: Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb

13:18 19/09/21 | Sosial

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada, o cümlədən də Azərbaycanda digər xəstəliklərə qarşı peyvəndləmə, immunizasiya azalıb. Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu, hazırda qlobal bir problemdir: "İndi bütün ölkələr çalışır ki, insanları müxtəlif maarifləndirmə yolları ilə bütün peyvəndlərin vaxtında vurulmasına yönləndirsinlər. Ölkəmizdə də vəziyyət eynidir. Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb. Bunun özü də təhlükə kəsb edir. Ona görə biz də insanlara izah etməliyik ki, vurdurmadıqları peyvəndlər varsa, vaxtında gedib vurdursunlar".

Rusiya Talibanı terror siyahısından çıxarır?



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?