• 22 Oktyabr 2021

Millət vəkili: Gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər

13:33 19/09/21 | İqtisadiyyat

Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyildir. Bunlar hansı məntiqlə hərəkət edirlər? Bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

“Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu? Belə çıxır ki, gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?", - millət vəkili bildirib.

Türkiyədə Polad Həşimovun anasına mükafat təqdim olundu



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?