• 22 Oktyabr 2021

Şuşa yaxınlığında iki erməni vurulub

17:50 19/09/21 | Gündəm

İki gün əvvəl, sentyabrın 17-də Ermənistan mediası və sosial şəbəkələrdəki ermənilər, xüsusilə də ermənilərin Telegram kanalları "Rusiyanın sülhməramlı kontingentinin operativ-fəaliyyət nəzarətində olan ərazidə atışma olduğunu, atışma nəticəsində iki rusiyalı sülhməramlının yaralanması" barədə xəbərlər yaymışdılar. Bu "məlumat" həmişə olduğu kimi, yalandır.

Gerçək fərqlidir. Belə ki, Şuşa yaxınlığında qurduqları posta qalxmağa çalışan iki erməni silahlının cəhdlərinin qarşısı alınıb. Onlardan biri - sıravi, Ermənistan vətəndaşı Vruyr Vardanoviç Şaxramanyan gözündən, digəri isə ombasından yaralanıb.

V.Şaxramanyan maşında olarkən yaralanıb və onun həyatını başındakı dəbilqə xilas edib. Yaralıların ikisi də İrəvandakı Murasan hərbi hospitalına aparılıb.

Yaralanmış ermənilərin ikisi də Azərbaycan ərazisində, Qarabağda olan qanunsuz hərbi birləşmələrin mənsublarıdır.

Ötən ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, bu şəxslər heç bir halda Azərbaycan ərazisində olmamalıdırlar.

Ermənistanın Müdafiə Nazirliyi bəyanatın şərtlərini kobud şəkildə pozaraq Laçın dəhlizi vasitəsilə Qarabağa hərbçilər yollamağa davam edir.

Həmin hərbçilər isə Azərbaycan sərhədini keçən kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsasən avtomatik olaraq diversant, potensial terrorçu hesab edilirlər. Potensial terrorçularla davranışın formatı isə dünyanın sivil ölkələrində eynidir.

Ermənistan Azərbaycan ərazisindəki silahlı tör-tökünlərini tam çıxarmaq əvəzinə, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə hərbçilər göndərməyə davam edərsə, anlamalıdır ki, bu məxluqların hər biri potensial hərbi hədəfdir. Bu azmış kimi, ermənilər həmin ərazilərdə mövqelər və postlar quraraq səngərlər, blindajlar qazırlarsa, Azərbaycan Ordusunun adekvat cavabına təəccüblənməməlidirlər.

Üçtərəfli bəyanat və beynəlxalq hüquq belə deyir.

Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?