• 22 Oktyabr 2021

Yapon investorların Qarabağa vəsait qoyması gündəmdədir

16:52 04/10/21 | İqtisadiyyat

“Bu günə kimi Azərbaycana 10 milyon ABŞ dolları dəyərində investisiya yatırılıb”. Bunu Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkətinin prezidenti Taro Savada San bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bir sıra rayonlarında zavodlar açılıb: “Yatırılmış investisiyalar aqrar sahəyə aiddir. 2024-cü ilə qədər Azərbaycana qoyulacaq investisiyanın həcminin 40 milyon dollar olacağı proqnozlaşdırılır”.

O qeyd edib ki, Qarabağın bərpası üçün investisiyaların yatırılması planlaşdırılır.

Baqdasaryan: Zəngəzur dəhlizi açılır



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?