• 22 Oktyabr 2021

Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub

12:54 05/10/21 | Mədəniyyət

Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub. Tədbir Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Muğam gecəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova Azərbaycan muğamlarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.

Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və digər muğam nümunələri səsləndirilib.

Səfir Polad Bülbüloğlu Moskva Dövlət Konservatoriyasının səhnəsində çıxış edən azərbaycanlı musiqiçilərə təşəkkürünü bildirib.

“Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasında “Qarabağ şikəstəsi” səslənir”, - deyə səfir vurğulayıb.

Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?