• 22 Oktyabr 2021

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası hər il keçiriləcək

13:07 05/10/21 | Mədəniyyət

Oktyabrın 6-10-da Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) ilə bağlı mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, "Caspian Event Organisers" ("CEO") şirkətinin baş direktoru Fərid Məmmədli, "Caspian Event Organisers" ("CEO") şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə çıxış ediblər.

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli bildirib ki, hər il ənənəvi olaraq kitab sərgisi keçiriləcək: "Bu sərginin formatı digər sərgilərdən fərqlidir. Prezident İlham Əliyevin "Nizami Gəncəvi ili" ilə bağlı sərəncamında qeyd olunub ki, Bakı Beynəlxalq Kitab sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Məqsəd Nizami Gəncəvinin dahiliyini gənclərə çatdırmaqdır. Sərgi formatına görə regionun ən böyük sərgisi hesab olunur. Tədbirdə 43 xarici şirkət, 100-dən çox yerli nəşriyyat orqanları iştirak edir. Sərgidə əsasən imza günlərinə üstünlük vermişik. Burada bir yenilik də var, Nizami Gəncəvinin motivləri əsasında Kukla Teatrında tamaşalar göstəriləcək. Nizami Gəncəvinin 2021-ci ildə dərc olunan kitablarının təqdimatı olacaq. Bu sərgi əvvəllər hər iki ildən bir keçirilirdi".

"Caspian Event Organisers" ("CEO") şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə sərginin keçirilməsində böyük əməyi və təşkilatçılığı olan Mədəniyyət Nazirliyinə təşəkkür edib: "Hər il 10-dan çox beynəlxalq sərgi təşkil edilir. Bu gün bizim üçün böyük zövqdür, iyun ayından fəal təşkilatçılıq işi başlayıb. Bu tədbirin bütün kitabsevərlərə fərqli olması üçün əlimizdən gələni etdik. Beş gün ərzində ora gələcək istənilən oxucu maraqlı təqdimatlarda iştirak edə biləcək. Tanınmış sevimli simalarla görüş imkanı əldə edəcəklər. Minlərlə kitabın təqdimatı olacaq. Sərginin foyesində müxtəlif tədbirlər olacaq. Hər yarım və bir saatdan bir avtobuslar "Elmlər akademiyası" və "Koroğlu" metrosu stansiyasından insanları sərgiyə daşıyacaq".

Qeyd edək ki, 5 gün ərzində davam edəcək sərgidə 13 ölkədən 165 müəssisə iştirak edəcək.

Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?