• 22 Oktyabr 2021

Canni De Byazi: "İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik"

17:18 08/10/21 | İdman

"Komandada vəziyyət yaxşıdır. Bəzi oyunçular sabah olmayacaq. Zədəli futbolçularımız var. Çox istəkliyik, yaxşı hazırlaşmışıq. Komandamdan razıyam. Sabah yaxşı nəticə qazanmaq istəyirik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik". Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis uzun fasilədən sonra yenidən yığmaya dəvət olunan Araz Abdullayevlə Renat Dadaşovun durumunu açıqlayıb: "Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".

Qeyd edək ki, oktyabrın 30-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.

Koronavirusun yeni mutasiyaları daha yoluxdurucudur



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?