• 22 Oktyabr 2021

Qarın bölgəsindəki yağlardan necə qurtulaq?

23:26 10/10/21 | Elm

Mütəmadi olaraq idman etməklə yanaşı, bəzi qidalarla qarın bölgəsindəki yağları daha sürətlə əritmək mümkündür. Gecə yatarkən bədəndəki, xüsusilə qarın bölgəsində olan yağları əritməyə yardımçı olan reseptləri təqdim edirik.

Tərkibi:

yarım limon

3 xörək qaşığı (az yağlı) qatıq

yarım çay qaşığı sarıkök

Ləvazimatları qabda yaxşıca qarışdırdıqdan sonra yatmazdan 30 dəqiqə əvvəl yeyin. Yedikdən sonra hər hansı başqa bir qida qəbul etməyin.

Qaraciyərində yağlanma problemi yaşayan insanların da istifadə edə biləcəyi bu qarışıma 1 çay qaşığı acı bibər tozu da əlavə etmək olar.

Tərkibi:

1 limon

250 qram qatıq

4 ədəd cəfəri

4 ədəd şüyüd

Şüyüd və cəfərini incə doğrayın, üzərinə limon suyu və qatıq əlavə edin. Qarışdırdıqdan sonra həftədə ən az 2 dəfə olmaqla gecə yatmazdan 3 saat əvvəl istehlak edin.

COVID-19 öskürəyini fərqləndirməyin yolu



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?