• 22 Oktyabr 2021

Atmosfer havası ən çox hansı şəhər və rayonlarda çirklidir?

14:20 11/10/21 | Sosial

Bakıda havanın çirklənməsi ötən illərlə müqayisədə azalıb. Milli Hidrometeorologiya Xidməti tərəfindən havanın keyfiyyətinə nəzarət məqsədilə paytaxtın Xətai, Nizami, Səbail və Nərimanov rayonları ərazisində monitorinq aparılıb.

 

Xidmət rəisinin müavini Rafiq Verdiyev bildirib ki, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr həyata keçirilib. Son aylarla müqayisədə avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, paytaxt ərazisində dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

Rafiq Verdiyev vurğulayıb ki, havaların yağıntılı keçməsi də tozlarla çirklənmənin qarşısını alır.

Qeyd edək ki, monitorinqlər paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində də aparılıb.

Rafiq Vediyev əlavə edib ki, yaxın günlərdə də hava keyfiyyətinin yaxşı statusa malik olacağı gözlənilir. Gələcəkdə ölkənin digər şəhər və rayonlarında da hava ilə bağlı monitorinqlərin aparılması nəzərdə tutulur.

 

Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?