• 22 Oktyabr 2021

Azərbaycanda dollara tələb hansı səviyyədədir?

17:18 12/10/21 | İqtisadiyyat

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb. Fonddan verilən məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 4 305 400 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 304 700 000 ABŞ dolları qədər və ya 23,3 faiz azdır. Təkcə sentyabr ayı ərzində Fond tərəfindən valyuta hərraclarında 565 400 000 ABŞ dolları məbləğində vəsait satılıb. Bu əvvəlki ayla (avqust, 2021-ci il) müqayisədə 10,4 faiz çox, 2020-ci ilin müvafiq dövrünə nəzərən isə 6,8 faiz azdır.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən bu ilin avqust ayında 512 300 000 ABŞ dolları, 2020-ci ilin sentyabr ayında isə 606 400 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Ötən ilin doqquz ayı ərzində isə Dövlət Neft Fondu tərəfindən 5 610 100 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?