• 22 Oktyabr 2021

Telegram kanalları Ermənistanın "baş ağrısı"na çevrilib

18:10 12/10/21 | Gündəm

Ermənistanın "Past" qəzeti yazır ki, son dövrlərdə Ermənistanda teleqram kanallarından alternativ məlumat mənbəyi olaraq istifadə edilməyə başlanılıb.

Qəzet yazır ki, "mənbələrimizin verdiyi məlumata görə, Ermənistan rəhbərliyi məşhur teleqram kanalları üzərində nəzarəti təmin etməyin yolları üzərində düşünür. Problem ondan ibarətdir ki, son zamanlar siyasi müzakirə və tənqid meydanı feysbuk sosial şəbəkəsindən teleqrama köçürülüb. Teleqram kanallarını isə qaydalara uyğun olaraq feysbuk səhifələri kimi bloklamaq və yaxud feyk hücumlar təşkil etmək mümkün deyil. Bu vəziyyət ölkə rəhbərliyini çox məyus edir. Çünki feyk sənayesi bu günə qədər feysbukda çox yaxşı işləyirdi.

Digər tərəfdən isə mahiyyət etibarilə onlar teleqramın ölkədəki fəaliyyətinə qadağa qoya bilməzlər. Bu səbəbdən də Ermənistan rəhbərliyi iki seçim arasında qalıb: ya dözmək və mövcud vəziyyətlə barışmaq, ya da problemin həlli üçün sərt, yöndəmsiz tədbirlər görmək. Lakin onlar hələ də məntiqli bir qərara gələ bilməyiblər", - deyə məlumatda vurğulanıb.

Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?