• 5 Dekabr 2021

Qəzaların qarşısını necə ala bilərik? - ekspert açıqlayır

15:44 19/10/21 | Sosial

2021-ci ilin 9 ayı ərzində cinayət sayılan yol-nəqliyyat hadisələrinin respublika üzrə statistikası açıqlanıb - 1171 yol-nəqliyyat hadisəsi, 504 nəfər həlak olan, 1043 nəfər isə yaralı. 

Günbəgün artan qəzaların günahkarı kimdir?

Bununla bağlı yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz fikirlərini bölüşüb. Ekspert rəsmi statistika üzrə hadisələri çeşidləyəndə ortaya çıxan mənzərədən söz açıb: "Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi – 475 hadisə və ya hadisələrin 40,6 %-i; Əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qayadalarını pozma – 360 hadisə və ya hadisələrin 30,7 %-i; Yolayrıclarını keçmə qayadalarını pozma – 116 hadisə və ya hadisələrin 9,9 %-i;  Nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi – 14 hadisə və ya hadisələrin 1,2 %-i; Sükan arxasında yatma – 9 hadisə və ya hadisələrin 0,77 %-i. Əslində bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha maraqlı və faciəli mənzərə üzə çıxar”.

Ə.Hüseynovun sözlərinə görə, qəzalarla bağlı araşdırma aparılmayan elementlər mövcuddur: "Rəsmi statistikada yenə də yol infarstrukturunda olan qüsurlar - səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları və s. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar - sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və başqa səbəbdən baş verən hadisələrə dair məlumat yoxdur. Çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır. Amma statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77 %-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir. Deməli, yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur”.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?