• 5 Dekabr 2021

Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir?

16:19 20/10/21 | Sosial

Hər bir peyvəndin müəyyən yan təsirləri var. Bunlar əksər hallarda oxşardır. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda olarkən deyib.

O bildirib ki, yan təsirlər vaksinin hansı şəraitdə hazırlanması ilə müəyyən edilir: "Bu gün 5 milyona yaxın insanı peyvəndləmişik və effektini görmüşük. Qızartı, ağrı, şişkinlik, qızdırmanın müəyyən qədər yüksəlməsi, əzələ ağrısı müşahidə oluna bilər. 2-3 sutka ərzində bu yan təsirlər keçir. Əgər yan təsirlər insanın gündəlik iş fəaliyyətini pozursa, belə hallarda çoxlu maye qəbul etmək, istirahət etmək lazımdır. Reaksiya güclüdürsə, ilk növbədə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməlidir".

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?