• 5 Dekabr 2021

FİFA-nın yeni reytinqi: Zimbabve də Azərbaycanı geridə qoydu

13:50 21/10/21 | İdman

Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandaların oktyabr ayı üçün reytinqini açıqlayıb. Azərbaycan 1147 xal toplayıb və daha iki pillə geriləyərək 119 sırada qərarlaşıb.

Millimiz reytinq siyahısında Mərkəzi Afrika Respublikası, Zimbabve, Farer adaları, Tacikistan kimi komandaları önə buraxıb.

Qeyd edək ki, Azərbaycan yığmasının reytinqi ilin əvvəlindən durmadan enir və artıq 11 pillə aşağı düşüb.

Xatırladaq ki, FİFA reytinqində ən yüksək nailiyyətimiz 2014-cü ilin iyulunda olub – 73-cü yer.

Yeni reytinqə əsasən dünya güclüləri aşağıdakı sıralamada qərarlaşıblar:

1.Belçika

2.Braziliya

3.Fransa

4.İtaliya

5.İngiltərə

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?