• 5 Dekabr 2021

Psixoloq: Qadınlar kişiləri elə bir həddə gətirir ki, kişi intihar edir

16:57 21/10/21 | Sosial

Son illər intihar edən kişilərin sayında kəskin artım müşahidə edilir. Maraqlıdır, kişiləri intihar etməyə vadar edən nədir? Kişilər hansı səbəbdən intihar edir?

Mövzu ilə bağlı Sfera.az-a fikirlərini bölüşən psixoloq Gülnar Orucova qeyd edib ki, ölkəmizdə kişi intiharları heç vaxt bu qədər çox olmayıb: "Son illərdə təkcə ölkəmizdə deyil, düyada intihar edənlərin sayında gözlə görünən artım müşahidə olunur. İntihar halları istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə artan mənfi bir tendesiyaya çevrilib. Qadınlara nisbətən kişilərin daha çox intihara əl atması həmişə aktual olub. İndi isə problem həm də ondadır ki, intiharın yaşı kiçilib. Sadə bir statistika deyim ki, əvvələr intihar edənlərin yaşı əsasən 24-35 aralığında idisə, bu gün 11 yaşında da intihar edənlər var. Əvvələr intihar edənlərin səbəbi fərqli olsa da, bu gün əksər hallarda bu, şəxsi münasibətlər zəmnində, yəni sevgi əsasında baş verir. Bu isə olduqca ciddi bir haldır”.

Psixoloqun sözlərinə görə, kişilərin intihar etməsində qadınların da rolu var: "Bir kişi intihar edirsə, bunun səbəbini həm də qadında axtarıram. Bəzən qadınlar kişiləri elə bir həddə gətirir ki, kişi intihar edir. Kişi evə çörək pulu gətirən vasitə kimi görülməməlidir. Qadınlar ümumiyətlə maddi məsələlərdə kişilərə təzyiq etməməlidir. Qadın özü də bu məsələlərdə ərinə dəstək olmalıdır. Bəzən qadın kişini elə sıxışdırır ki, kişi çıxış yolu tapmır və intihar edir.

Onu da deyim ki, kişilərin intihar etməsinə səbəb heç də həmişə  maddi səbəblər olmur. Misal üçün, vaxtilə mənə bir xanım müraciət etmişdi və o yoldaşının avtoqəzada həlak olduğunu demişdi. Sonralar məlum oldu ki, əslində bu, belə deyil və o xanım yoldaşına xəyanət etdiyi üçün yoldaşı da intihar edib. Yəni bu kimi hallar da olur və kişi bunu qəbul edə bilmədiyi üçün həyatına son verir”.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?