• 5 Dekabr 2021

Autizmli uşaqlara da COVID-19 peyvəndi vurulmalıdır

17:23 21/10/21 | Sosial

"Uşaqlara olunan profilaktik peyvəndlərin gələcəkdə onlarda autizm və ya hər hansı bir psixoloji pozuntu yarada biləcəyi elmi olaraq sübutunu tapmayıb”. Bunu həkim-pediatr Günay Rəsulova deyib.

O bildirib ki, həmin diaqnozu almış uşaqlara peyvənd olmaz deyə bir şey yoxdur: "Bu cür uşaqlar da peyvənddən yayınmamalıdırlar. Düşünsünlər ki, sağlam uşaqla müqayisədə həmin uşaqların vaksinə daha çox ehtiyacı var. Çünki bu uşaq ikinci olaraq hər hansı bir infeksion xəstəlik tutarsa, vəziyyət daha da kritikləşə bilər. Vaksin bizi ancaq infeksion xəstəliklərdən qoruyur. 100 faiz olmasa da, çox faiz qoruyur. Qardaş ölkədə - Türkiyədə 12 yaşından böyük uşaqlar  peyvənd edilməyə başlayıb. Sual verirlər ki, əgər Azərbaycanda da belə olarsa, uşaqlara vaksin vurduraqmı? Əlbəttə, bu çox vacibdir. Uşaqlarda da ölümcül nəticələr və ya ağırlaşmalar görülməkdədir”.

Mütəxəssis qeyd edib ki, peyvəndsiz uşaq, mikroblar qarşısında müdafiəsizdir: "Uşaqları peyvəndsiz böyütməyə haqqınız yoxdur. Bu, qorxulu deyil. Vaksindən sonra qızdırma, yerli reaksiya normal haldır. Peyvəndsiz uşaqlar bağça və məktəb üçün təhlükəlidir. Qanazlığı, əsəbilik, allergik problemlər, "timus”, ”hipoksiya”,  "təzyiq”, "əmgək” və s. mənasız səbəblər peyvəndə əks göstəriş deyil”.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?