• 5 Dekabr 2021

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub

22:35 21/10/21 | Maraqlı

Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub. Belə ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır.

“Uzaq-uzaq diyaralarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.

Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində olan milli mətbəximizin şəkərbura, paxlava və qoğal kimi inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.

Cizgi filmin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.

Azərbaycana həsr olunan yeni seriyanı cizgi filminin rəsmi “YouTube” kanalından izləmək olar.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?