• 5 Dekabr 2021

Politoloq: İranın ritorikasını dəyişməyinə yetərli qədər səbəb var

19:38 21/10/21 | Gündəm

"İran regionda təklənərək blokadaya düşməmək üçün yük avtomobillərinin Laçın dəhlizi və Qarabağa girişinə qadağa qoydu. Tehran gec də olsa başa düşdü ki, Azərbaycan əleyhinə atdığı addıma nəinki heç bir dünya ölkəsi, hətta ən yaxın müttəfiqləri belə dəstək verməyəcək”. Sfera.az-a danışan politoloq Turab Rzayev deyib ki, İranın belə bir qərar verməsi gözlənilən idi:

"Yaxşı olardı ki, İran bu qərarı Azərbaycanla gərginlik yaşamadan öncə verərdi. Düşünürəm ki, İran digər məsələlərdə də Azərbaycana qarşı ritorikasını dəyişsə, münasibətlərimiz yenidən normallaşa bilər. Həttaİranla birgə icra etdiyimiz arazboyu iqtisadi layihələrə qayıda bilərik. İranın ritorikasını dəyişməyinə isə yetərli qədər səbəb var. Rəsmi Tehran Azərbaycana qarşı fəaliyyətində dünya ölklərindən gözlədiyi dəstəyi ala bilmədi. İranın yeganə müttəfiqi Rusiya belə bu məsələdə ona dəstək vermədi. İran regionda təkləndiyini başa düşdüyü üçün bu gün belə bir qərar verdi. İndi paralel olaraq Türkiyə ilə də münasibətləri normallaşmağa başlayıb. Təsadüfi deyil ki, İran rəsmiləri Türkiyəni qardaş ölkə adlandırmağa başlayıb”.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?