• 5 Dekabr 2021

Ermənistan Türkiyə ilə əlaqələrə can atır

11:55 22/10/21 | Xarici Siyasət

Ermənistan Türkiyə ilə münasibətləri normallaşmasına önəm verir. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, əlaqələrin qurulması təkcə siyasi perspektivlər deyil, eyni zamanda Ermənistan üçün iqtisadi imkanlar da açır.

Qriqoryan bildirib ki, Türkiyə ilə əlaqələrin normallaşması məsələsini Azərbaycanla münasibətlərin tənzimlənməsi problemindən ayırmaq gərəkdir.

Ermənistan rəsmisi Ankara ilə əlaqələrin qurulacağı təqdirdə İrəvan-Qars dəmiryolunun istismarı məsələsinə də toxunub: "Bu marşrutun fəaliyyətindən Türkiyə də qazanacaq".

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?