• 5 Dekabr 2021

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib

12:19 22/10/21 | İdman

UEFA Avrokuboklarda qrup mərhələsinin 3-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində Bakıda "Kayrat"ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.

Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 3,375-yə, son 5 mövsümdə ümumi xal sayı isə 16.000-ə çatıb.

Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan reytinqdə Polşa və Macarıstanı geridə qoyaraq iki pillə irəliləyib. Bu irəliləyiş 26-cı yerə yüksəlmək imkanı verib.

Qeyd edək ki, cədvələ 92,355 xalla İngiltərə başçılıq edir. 

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?