• 5 Dekabr 2021

Qarabağda qazlaşdırma işlərinə Ağdam rayonundan başlanılacaq

15:03 22/10/21 | İqtisadiyyat

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı proqram artıq mövcuddur”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.

R.Əliyevin sözlərinə görə, mövcud proqram ərazi üzrə dörd mərhələdə icra olunacaq. İlkin mərhələdə Ağdam rayonunun, ikinci mərhələdə Şuşa istiqamətində ərazilərin, Xocavənd rayonunun, növbəti mərhələdə Zəngilan, Cəbrayıl rayonlarının və ən sonuncu mərhələdə isə Kəlbəcər, Laçın rayonlarının qazlaşdırılması nəzərdə tutulub.

İstehsalat Birliyinin Baş direktoru qeyd edib ki, işlərə 2022-ci ildən başlanılacaq, artıq mərhələlər razılaşdırılıb və layihənin qurulması prosesləri gedir.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?