• 5 Dekabr 2021

Azərbaycanın mineral suyu Avropa bazarlarına ixrac olunacaq

16:44 22/10/21 | İqtisadiyyat

"Badamlı" Mineral Sular Zavodu ixrac gücünü artırmağı hədəfləyir. Bunu Trend-ə açıqlamasında Badamlı Mineral Sular Zavodunun direktoru Hümbət Qəhrəmanov deyib.

Onun sözlərinə görə, "Badamlı" mineral suları Avropa bazarlarına ixrac olunacaq. Hazırda lisenziya alınması üzrə işlər aparılır: "Özbəkistan və Ukrayna bazarlarında artıq fəaliyyətlərimiz başlayıb. Bu yaxınlarda Kanadaya ilk ixracımızı həyata keçirdik. Hazırda 5 ölkəyə məhsul ixrac olunur. Bunlar Çin, Qazaxıstan, Rusiya, İraq, BƏƏ-dir. Çin, Rusiya bazarları prioritet bazarlardır".

Direktor qeyd edib ki, "Badamlı" mineral sularının Rusiya bazarındakı payı ildən-ilə artır: "Rusiya bazarı bizim üçün yad bazar deyil. "Badamlı" 80-90-cı illərin sonlarına qədər orada fəaliyyət göstərib və bilinən markadır. Minerallıq cəhətdən isə digər rəqib sulardan heç də geri qalmır. Hətta onlardan üstün olduğunu deyə bilərəm. Rusiya bazarında ildən-ilə bizim payımız genişlənir. Bu istiqamətdə bir çox işlər görürük".

O bildirib ki, hazırda zavodun illik istehsal həcmi 150 milyon butulkadır: "90-cı illərin sonlarına qədər "Badamlı" gündəlik 1 milyon ədəd ixrac gücünə malik idi. Hazırda biz o rəqəmə çatmaq üçün çalışırıq. 18 çeşiddə məhsulumuz mövcuddur. Gələcəkdə bunların sayını artırmağı da düşünürük".

Qeyd edək ki, "Badamlı" suları 1947-ci ildən istehsal olunur. Hazırda zavodda 24 saat istehsal prosesi gedir.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?