• 5 Dekabr 2021

Baqdasaryan: Zəngəzur dəhlizi açılır

17:50 22/10/21 | Gündəm

Ermənilər 30 il iqtisadi və nəqliyyat blokadasında olduqlarından şikayət edirdilər, indi onlar bu blokadaların aradan qaldırılmasından şikayətlənirlər. Axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə erməni siyasi analitik Armen Baqdasaryan bölüşüb.
 
"Bu vəziyyətdən çıxmaq üçün resurslarımız yoxdur. İndi düşünə biləcəyimiz yeganə şey bu dalandan az itkilərlə çıxmaq olmalıdır. Ermənistan hakimiyyətinin azərbaycanlılara Zəngəzurda 5 kilometr enində dəhlizə artıq razılıq verdiyini dair təsdiqlənmiş məlumatlar gəlməkdədir.
 
İranın mövqeyinə gəlincə, Tehran Azərbaycandan çəkinir, çünki hesab edir ki, Qərb bu ölkənin ərazisindən onunla mübarizə aparmaq üçün istifadə edə bilər. İran həm də Ermənistandan qorxur, amma gücünə-qüdrətinə görə deyil, ona görə ki, İrəvanla uzunmüddətli razılaşmaya nail olmaq mümkün deyil, ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir", - deyə erməni ekspert qeyd edib.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?