• 5 Dekabr 2021

Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb

17:31 22/10/21 | Siyasət

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rəsulov Teymur və Fərziyev Saməddinin il mərasimi keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısı aparatı və YAP Qaradağ rayon təşkilatı aparatının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə Cənab Ali Baş Komandana öz minnətdarlığını bildiriblər.

Daha sonra rayonun rəhbərliyi Lökbatan və Sahil qəsəblərində şəhidlərin bir illiyi ilə əlaqədar təşkil olunmuş il mərasiminə qatılıb.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?