• 5 Dekabr 2021

ABŞ-ın Minneapolis şəhərində Zəfər Günü qeyd edilib

15:03 09/11/21 | Diaspora

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Minneapolis şəhərində 8 Noyabr - Zəfər Günü qeyd edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə icmalarının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Günel Rallis qonaqlara Zəfərə gedən yol, 44 günlük müharibədə əldə edilən qələbə barədə məlumat verib. Qarabağa dair hazırlanmış məlumat vərəqələri qonaqlara paylanılıb.

Aşkina Türk Rəqs Ansamblı Azərbaycan rəqslərini ifa edib. Tədbir Azərbaycan xalq mahnılarının səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, bayram tədbirinə qatılan xüsusi qonaqlardan biri Dakota Şəhər Texniki Kolleci Vəqfinə rəhbərlik edən iş adamı Meri Skoessler olub. O, “ALLwaysJoy”u qurmazdan əvvəl müxtəlif sektorlarda marketinq kommunikasiyaları üzrə liderlik edib.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?