• 5 Dekabr 2021

“Emmi” mükafatının qalibləri məlum olub

19:19 23/11/21 | Mədəniyyət

Amerika Televiziya Akademiyası tərəfindən ABŞ xaricində istehsal olunan layihələrə verilən “Emmi” mükafatının təqdimat mərasimi keçirilib. Kult.az xəbər verir ki, 2021-ci ilin “ən yaxşı incəsənət proqramı” adına Qreqori Monronun “Kubrikin Kubriki” (Kubrick by Kubrick) fransız sənədli filmi layiq görülüb.

"Ən yaxşı qadın aktrisa" adına britaniyalı aktrisa Hayley Squires (“Yetkinlər üçün material” serialı), "ən yaxşı kişi aktyor" kimi isə britaniyalı Devid Tennant ("Des" serialı) layiq görülüb.

“Ən yaxşı komediya” nominasiyasına Fransanın “Menecerimə zəng et” (Dix Pour Cent) filmi, dramatik serial kateqoriyasında isə İsrail istehsalı “Tehran” serialı layiq görülüb.

"Ən yaxşı sənədli film" mükafatını "Netfliks" istehsalı olan “Donmuş ümid: İkinci dəfə yaşamaq istəyi” (Hope Frozen: A Quest to Live Twice) filmi qazanıb.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?