• 5 Dekabr 2021

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək

17:22 23/11/21 | Gündəm

Ermənistan parlamentində noyabrın 25-də Azərbaycan da daxil olmaqla ölkə sərhədlərinin demarkasiyası və delimitasiyasına dair dinləmələr keçiriləcək. Bu barədə Ermənistanın qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 25-də “Ermənistan” fraksiyasının təqdim etdiyi “Sərhədin delimitasiyası və demarkasiyası problemləri” layihəsi mövzusunda parlament dinləmələri keçiriləcək”, - parlamentin yaydığı bəyanatda qeyd olunur.

Məlumat üçün qeyd edək ki, “Ermənistan” fraksiyasına ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edir.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?