• 5 Dekabr 2021

Ronaldo daha bir rekorda imza atıb

15:23 24/11/21 | İdman

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. 36 yaşlı hücumçu buna İspaniyada "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin V tur oyununda müvəffəq olub.

78-ci dəqiqədə hesabı açan təcrübəli forvard əsas klub yarışlarından birində son 15 dəqiqədə üçüncü dəfə qələbə qolunu vurub. Bu, əlavə vaxtda bitən oyunlar istisna olmaqla, qitənin bir nömrəli klub turnirində rekorddur.

Qeyd edək ki, "Mançester Yunayted" 5 oyundan sonra F qrupunda 10 xalla liderdir. "Qırmızı şeytanlar" sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?