• 5 Dekabr 2021

"Brilyant əl"in aktrisası psixiatrik klinikaya yerləşdirilib

16:37 24/11/21 | Mədəniyyət

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya psixiatrik klinikaya yerləşdirilib. Bu barədə aktrisanın nəvəsi Mariya İvaşova məlumat yayıb.

Onun sözlərinə görə, aktrisaya beyin zədələnməsi diaqnozu qoyulub. Bildirilib ki, o, son bir ildə 7 dəfə xəstəxanalıq olub. Oğlu Aleksey İvaşov isə məlumatları təkzib edərək, anasının adi xəstəxanada müalicə aldığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl S.Svetliçnaya itkin düşmüş və bir neçə gündən sonra tapılmışdı.

Qeyd edək ki, 81 yaşlı aktrisa "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yeri dəyişdirilə bilməz" kimi bir çox filmlərdə rol alıb.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?