• 5 Dekabr 2021

Tələbə kreditləri üçün müraciət edə bilərsiniz - Qəbul başladl

13:35 25/11/21 | Təhsil

Təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanıb. Bunu təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

"Təhsil tələbə kreditləri ilk dəfə 1960-cı ildə dünyada tətbiq olunub. Hazırda 60 ölkə bu sistemdən istifadə edir. Bu hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur. Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır. Təhsil tələbə kreditlərinin verilməsində məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir", - nazir müavini əlavə edib.

İ.İsayev bildirib ki, yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar:

"Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir", - o vurğulayıb.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?