• 5 Dekabr 2021

Rusiya XİN: "Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasının yaxşı perspektivləri var”

16:13 25/11/21 | Siyasət

Bütün tərəflərin maraqlarını nəzərə almaqla regionda nəqliyyat əlaqələrinin açılması üzrə razılaşmaların əldə olunması üçün yaxşı perspektivlər görürük. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Zaxarova bildirib ki, açılmış marşrutlar üzrə beynəlxalq daşımalar beynəlxalq razılaşmalara və tərəflərdən hər birinin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. “Biz 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixlərində əldə olunmuş razılaşmaların ardıcıl icrasına tərəfdarıq. Cənubi Qafqazda əlaqələrin bərpası da bu qəbildəndir. Bu vacib məsələ ilə üç ölkənin baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup məşğul olur”, - Rusiya XİN-in rəsmi nümayəndəsi deyib.

Bölgə klubları üçün fond Premyer Liqada komanda sayına təsir edə bilər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?