• 22 Yanvar 2022

Bakıda neçə küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib?

12:19 02/12/21 | Sosial

Bu günə qədər Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, küçələrə adları verilən şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adıyla və ya müxtəlif ordenlərlə təltif olunanlardır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2 908 nəfər şəhid olub, altı nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?