• 22 Yanvar 2022

“Sağlam məktəbli - Xoşbəxt gələcək”: marafon davam edir

21:14 12/01/22 | Mədəniyyət

 Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam edir. Dünən Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı  maarifləndirmə marafonu davam edib. Növbəti ünvan Masallı rayonunun Göyəçöl kənd tam orta məktəbində olub.
    Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib. Klinikanın əməkdaşı, pediatr həkim Əsli Kalbalıyeva valideynlərə və müəllimlərə “Onurğa əyriliyi və onun yaranma səbəbləri”, “Kəskin respirator virus infeksiyaları ilə mübarizə” və “Məktəbli şəxsiyyətinin psixologiyası” mövzularında təqdimatlar edib.
      İnteraktiv formatda keçən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
     Qeyd edək ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
     Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.

     Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.

ƏLİHÜSEYN ŞÜKÜROV

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?