• 22 Yanvar 2022

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?

14:28 14/01/22 | Sosial

“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”. Bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün): “Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artıq bir sıra ölkələrdə “Delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omikron” ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştammlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir”.

T.Eyvazov bildirib ki, koronavirusun “Omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.

Ekspert başqa mutasiyalardan fərqli olaraq, sağalmanın əksər hallarda daha tez baş verdiyini deyib: “Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)”.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?