• 22 Yanvar 2022

Sabah hava necə olacaq?

14:44 14/01/22 | Sosial

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?