• 22 Yanvar 2022

“Forsaj” filmi üçün avtomobillər yaradan şirkət müflis olub

21:53 14/01/22 | Mədəniyyət

Daha çox “Forsaj” adı ilə tanınan “Cəld və Hiddətli” (“The Fast and the Furious”) filmlərində  istifadə edilən “Rally Fighter” avtomobilinin yaradıcıları -“Local Motors” şirkəti maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırdığını açıqlayıb.

Məlumata görə, mütəxəssislər uzun müddətdir ki, ABŞ hökuməti, eləcə də böyük IT şirkəti tərəfindən dəstəklənən “Olli” pilotsuz avtobus layihəsini həyata keçirməyə çalışıblar. Lakin bir neçə illik dizayn işlərindən sonra perspektivli maşınla bağlı işlər yarımçıq qalıb.

Amerikalı dizaynerlər “Rally Fighter” yolsuzluq avtomobilini kraudfundinq platformasından istifadə edərək hazırlayıblar. Layihədə bir neçə xarici ekspert iştirak edib.

II Elizabetin uzunömürlülüyünün və aktivliyinin dörd sirri açıqlanıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?